GTA 6 həyəcanı davam edərkən oyunun yaradıcısı Rockstar Games, xüsusi dizayn edilmiş limited edition Sony PS5 Pro konsolunu məzmun yaradıcılarına paylamağa başlayıb. TweakTown-un xəbərinə görə, Rockstar ən azı 100 ədəd istehsal etdiyi bu xüsusi konsolları yayımçılara, məzmun yaradıcılarına və daha əvvəl Miami Heat oyunçularına hədiyyə edib.
Hər kəs satın ala bilməyəcək
Xüsusi dizaynlı PS5 Pro geniş istehlakçı kütləsi üçün pərakəndə satışa çıxarılmayacaq. Qara rəngli konsolun gövdəsində GTA 6 loqosu və palma ağacı motivləri var. Cihazın orta zolağı isə oyunun rəng palitrasına uyğun şəkildə hazırlanıb.

Konsol xüsusi daşıma çantasında təqdim olunur. Dəstin içində iki ədəd GTA 6 mövzulu DualSense kontrolleri və GTA 6-nın qutulu fiziki versiyası yer alır.
Oyunçuların GTA mövzulu PS5 Pro paketi və ya rəsmi konsol qapaqları ilə bağlı tələblərinə baxmayaraq, Sony və Rockstar bu məhsulu və ya aksesuarları satışa çıxarmağı planlaşdırmır.