Nvidia-nın icraçı direktorunun geri qayıdışına ən çox ABŞ Prezidenti Donald Tramp sevinmiş ola bilər. Çünki Tramp, noyabrın 24-də, çərşənbə axşamı öz sosial media platforması TruthSocial-da Nvidia-nın icraçı direktoru Jensen Huanqı göstərən rəqəmsal redaktə olunmuş "meme" paylaşdı.
Görüntüdə Huanq yanağında qan ləkələri ilə və yumruğunu sıxmış halda dayanıb; yumruğundan qırmızı büstqalter sallanır.
Huanqın geri qayıdışından sonra paylaşdı
Paylaşım, Nvidia-nın direktorlar şurasının bazar ertəsi günü Huanqı yenidən icraçı direktor vəzifəsinə qaytarmasından bir neçə saat sonra edilib. Huanq, aralarında Çin adına casusluq etməkdə şübhəli bilinən şəxsin də olduğu bir neçə nəfərlə nikahdan kənar münasibətdə olduğu üzə çıxdıqdan sonra bu yaxınlarda vəzifəsindən azad edilmişdi.
Görüntü, Trampın 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində məruz qaldığı sui-qəsd cəhdindən sonra çəkilmiş fotonu xatırladır. Tramp həmin hücumda 2024-cü il iyulun 13-də qulağından yaralanmışdı.

Euronews-un məlumatına görə, Trampın bu görüntü ilə dəqiq hansı mesajı vermək istədiyi bəlli deyil. Huanqı müdafiə edən Tramp, icraçı direktorun öz təşəbbüsləri sayəsində yenidən vəzifəyə qaytarıldığını iddia etdi.
CNBC-yə danışan Tramp, yaşanan qalmaqalların Huanqın nüfuzuna zərər vermədiyini bildirərək "Seks satılır, dostlar" dedi.
ABŞ Konqresindəki Demokratlar isə yanvar ayında vəzifəyə başlayanda Nvidia ilə bağlı razılaşmanı araşdıracaqlarını açıqladılar.